Ermənistan yeni ilə iri məbləğli dövlət borcu ilə başladı: təkcə yanvar ayında bu borc 123,5 milyon artaraq ayın axırına 6 milyard 898 milyon ABŞ dolları təşkil edib.
Baki-xeber.com-un xəbərinə görə, bu sözləri Azadlıq radiosunun erməni xidmətimə Ermənistanın maliyyə naziri Vardan Aramyan deyib. Onu da bildirib ki, bu il Ermənistan xaricdən 360 milyon dollar borc götürməyi planlaşdırır. Bu məbləği ötənilki göstərici ilə müqayisə edən erməni nazir deyib ki, ötən il Ermənistanın borcu 832,5 milyon dollar artıb. Son iki ildə isə ümumilikdə ölkə 1,7 milyard dollar borcun altına girib.
İqtisadi göstəricilərin yerində saydığı ölkədə dövlət borcunun il-ildən şişməsi isə vergilərin artmasında özünü göstərir ki, iqtisadçı Artak Manukyan bunu anormal hal sayır: “Bu, sadə xalqın başı üzərində asılmış Damokl qılıncıdır...”