Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Misir Mədəniyyət Mərkəzinin müdiri Ahmed Sami Elaydi Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin qonağı olub.
Mərkəzin sədri, Prezident yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Rufiz Qonaqovla görüşdə iki dost ölkə - Misir və Azərbaycan arasında beynəlxalq və mədəniyyət sahəsində əlaqələrdən söhbət açılıb. BMAM-nin fəaliyyəti və gördüyü işlər barədə qonağa məlumat verən Rufiz Qonaqov Misir Mədəniyyət Mərkəzi ilə birgə müxtəlif tədbirlərin həyata keçirilməsi istiqamətində əməkdaşlığın vacibliyini vurğuyıb. Öz növbəsində görüşdən məmnunluğunu ifadə edən misirli diplomat Mədəniyyət Mərkəzinin fəaliyyət istiqamətləri barədə geniş söhbət açaraq, Misir Respublikasında fəaliyyət göstərən Qeyri Hökümət Təşkilatları ilə Azərbaycandakı Vətəndaş Cəmiyyətləri arasında birgə fəaliyyətin daha da genişləndirilməsinin iki ölkə arasında əlaqələrə müsbət təsir göstərəciyini diqqətə çatdırıb. Görüşün sonunda Misir Mədəniyyət Mərkəzinin müdiri Ahmed Sami Elaydi BMAM-nin kollektivini Misir Mədəniyyət Mərkəzini ziyarətə dəvət edib.
Aysel ABBASOVA BMAM Mətbuat katibi