İşğalçı Ermənistanın Dağlıq Qarabağda yerləşən hərbi hissəsində əsgər ölümü baş verib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə erməni mətbuatı xəbər yayıb. Xəbərdə deyilir ki, fevralın 7-də qoşunların təmas xəttində 1998-ci il təvəllüdlü Ayk Kalantaryan ölümcül güllə yarasından keçinib.
Erməni mətbuatı əsgərin Azərbaycan ordusunun açdığı atəş nəticəsində öldüyünü yazır. Xatırladırıq ki, hadisə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində baş verib və Azərbaycan bu sərhədlər daxilində təhlükəsizliyini təmin etmək hüququnu özündə saxlayır.