Başa çatmaqda olan həftə ərzində Avropa İttifaqı – Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev Brüsseldə Avropa Parlamentində çoxsaylı görüşlər keçirib.
Görüşlərin məqsədi Azərbaycanla Avropa arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlıq yollarının imkanlarının artırılmasıdır.
Avropa Parlmentində təmsil olunan siyasi qrupların və partiyaların rəhbərləri ilə, eləcə də Qafqaz regionu üzrə AP-nin məruzəçiləri ilə keçirilən görüşlərdə regionda, eləcə də ölkəmizdə baş verən hadisələrin mahiyyəti barədə ətraflı məlumat verilərək, cəbhənin təmas xəttində atəşkəs rejiminin ermənilər tərəfindən mütəmadi olaraq pozulması halları diqqətə çatdırılıb, Azərbaycanda aparılan siyasi və iqtisadi islahatların səmərəliliyi haqqında fikir mübadiləsi aparılıb.
Müzakirələrin davamı olaraq, növbəti görüşlər Parlamentlərarası Əməkdaşlıq Komitəsinin üzvlərindən ibarət nümayəndə heyətinin iştirakı ilə gələn həftə Strasburqda davam etdiriləcək.