Türkiyənin şərqində, Bitlis vilay'tinin Adilcevaz rayonunda Van gölünün dibində təxminən 3 min il əvvələ aid qala qalıqları aşkarlanıb.
Baki-xeber.com-un xəbərinə görə, bir kvadrat kilometrlik ərazidə və 10 metr dərinlikdə aşkarlanan tikilinin kəsmə daş sistemi ilə inşa olunması onun Urartu dövlətinə aid qalanın qalıqları olduğunu düşünməyə əsas verir. Bundan əlavə, tikilinin yaxınlığında üzərində yazılar olan və aslan heykəli olduğu güman edilən daş parçası da tapılıb.
Tapıntının videosunu təqdim edirik: