ATƏT-in Parlament Assambleyasının yeni prezidenti Giorgi Tsereteli Danimarka parlamentinin sədri Pia Kyarsqaard ilə ATƏT məkanında həlli uzadılmış münaqişələr məsələsini müzakirə ediblər.
Trend-in məlumatına görə, bu barədə ATƏT PA-nın rəsmi saytında bildirilir.
Məlumata görə, qurumun sədri kimi ilk ikitərəfli görüşündə G.Tsereteli Danimarka parlamentinin sədri Pia Kyarsqaardla ATƏT regionundakı problemlər və Danimarkanın PA-ya qatılması məsələlərini nəzərdən keçiriblər.
G.Tsereteli ATƏT PA-nın Beynəlxalq Katibliyinin yerləşdiyi Danimarka parlamentinə Assambleyanın büdcəsinə vəsait ayırdığına görə minnətdarlığını bildirib.