Ədliyyə naziri Fikrət Məmmədov noyabrın 14-də Saatlı rayonunda vətəndaşların qəbulunu keçirəcək.
Saatlı rayonu Gənclər Mərkəzində (ünvan: Saatlı şəhəri, Həsən bəy Zərdabi küçəsi 71a) keçiriləcək qəbulda Saatlı, Sabirabad və İmişli rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbula İmişli regional ədliyyə idarəsi (ünvan: İmişli şəhəri, S.Qazıyeva küçəsi, bina 12a; əlaqə telefonu: (02124) 6-26-94, 050 449-59-57), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Saatlı rayonu Gənclər Mərkəzində yazıla bilər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.
Məlumatı Ədliyyə Nazirliyinin Mətbuat xidməti yayıb.