Cenevrə görüşü Dağlıq Qarabağ münaqişəsi tərəflərinin yaxşı niyyətlə danışıqlar aparmağa hazır olduqlarına dair mühüm bir siqnal oldu.
“Trend”-in məlumatına görə, bunu ABŞ-ın ATƏT-dəki Missiyasının müvəqqəti işlər vəkili Harri Kamian noyabrın 9-da Vyanada keçirilən ATƏT Daimi Şurasının iclasında səsləndirdiyi bəyanatında deyib. Onun sözlərinə görə, həmsədr ölkə olaraq ABŞ Minsk Qrupunun həmsədrlərinin işini qərarlı şəkildə dəstəkləyir: "Biz sizin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün tərəflərlə sıx əlaqədə olmağınızı yüksək qiymətləndiririk".