Ermənistan parlamentində ölkənin suverenliyinin bərpası üçün Avrasiya iqtisadi ittifaqından çıxması ilə bağlı çağırışlar səslənməyə başlayıb.
Baki-xeber.com-un erməni mətbuatına istinadən xəbərinə görə, ilk təşəbbüs parlamentdəki “Elk” fraksiyasından gəlib. Belə ki, fraksiya ölkənin birlikdən çıxışla bağlı bəyanat mətnini hazırlayaraq parlamentə təqdim edib. Maraqlıdır ki, bu təşəbbüs ABŞ-ın bu ölkədəki səfiri Riçard Millsın “ABŞ istərdi ki, Ermənistana suveren qərarlar qəbul etməsi üçün imkanlar açsın” sözlərindən sonra qaldırılıb. Nəzərə alınsa ki, Rusiya xoşluqla bu ölkənin sözügedən birlikdən çıxmasına yaşıl işıq yandırmayacaq, tezliklə Ermənistanın ABŞ-la Rusiya arasında çəkişmə poliqonuna çevriləcəyi qaçılmaz görünür...