Cümə axşamı günü, 20 avqust 2026
     

Müslüm Maqomayev kimi, Lütfi Zadə də...

Image


Eldost Bayram:Mən onun Azərbaycanda dəfn edilməsini ürəkdən təqdir edirəm”
Elçin Mirzəbəyli: “Lütfi Zadənin Azərbaycanda dəfn edilməsində simvolik bir məna da axtarmaq lazımdır...”
Anar İsgəndərli: “Lütfi Zadənin də vəsiyyətinə əməl edilməli, o, Azərbaycanda dəfn edilməlidir”
Məhərrəm Zülfüqarlı: “Hesab edirəm ki, Lütfi Zadənin nəşinin Azərbaycana gətirilməsi və burada dəfn edilməsi vacibdir”
Dəyanət Osmanlı: “Lütfi Zadənin vəsiyyətinə əməl edib onu burada dəfn etmək lazımdır”

 

Xalqımızın belə bir deyimi var: alim öldü aləm öldü. Əslində, bu kəlam alim ölümü qarşısında aləmin bir anlıq da olsun sükuta qərq olması anlamını daşıyır. Azərbaycan xalqı, dövləti tarixən özünün alimlərinə, mütəfəkkirlərinə, söz-sənət adamlarına böyük dəyər verib və onların ölüsünə də, dirisinə də sahib çıxmağı bacarıb. Elm, mədəniyyət, ədəbiyyat sahəsində elə dahi şəxsiyyətlərimiz var ki, onların taleyi qürbətlə, vətəndən uzaqlarla bağlı olub.

Ancaq onlar, harda yaşamasından asılı olmayaraq, həmişə Azərbaycan torpağına, Azərbaycan dövlətinə, Vətənimizə bağlı olublar. Bu şəxsiyyətlər ömürlərinin qürub çağında “məni Vətənimdə-Azərbaycanda dəfn edin” vəsiyyətini yadigar qoyublar. Belə şəxsiyyətlərdən biri də dünya elminə böyük töhfələr verən və adı bəşəriyyətin elm tarixinə qızıl hərflərlə yazılan Lütfi Zadədir. O Lütfi Zadəki bütün varlığı ilə Vətən torpağına bağlı olub və vəfatından xeyli müddət əvvəl Azərbaycanda dəfn olunmasını vəsiyyət edib.

Qeyd edək ki, sentyabrın 6-da Kaliforniya vaxtı ilə səhər saat 7:30 radələrində dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə dünyasını dəyişib. Bu barədə mətbuata məlumatı Lütfi Zadə ailəsinin yaxın dostu, professor Lütfi Zadənin son aylarında onun hər zaman yanında olan Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova verib.

Bildiyimiz kimi, avqust ayında Lütfi Zadənin Azərbaycanda dəfn edilməsi üçün məsuliyyətli şəxs kimi məhz Şahnaz Şahbazovaya vərəsə məktubu təqdim olunub. Məktubda professorun vəfatından sonra onun nəşinin Azərbaycanda dəfn edilməsi vəsiyyət edilir. Məktubu professor Lütfi Zadənin oğlu Norman Zadə imzalayıb. Məktubda, həmçinin, professor Lütfi Zadənin bütün mükafatları, ordenləri, medalları və kitablarının professor Şahbazovaya vəsiyyət edilməsi qeyd olunub.

Onu da vurğulayaq ki, professor Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakı şəhərində anadan olub. 1944-cü ildə Tehran Universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib.

Məlumatlara görə, Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini alıb. 1959-cu ildən Berkli Universitetində professor, 1963-cü ildən isə "Elektrik mühəndisliyi və kompyuter elmləri" kafedrasına rəhbərlik edib. L.Zadə həmin universitetdə ömürlük professor və “Soft Computing” İnstitutunun direktoru kimi fəaliyyət göstərib.

Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.

L.Zadənin ən böyük nəzəriyyəsi qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb.

Böyük Azərbaycan aliminin nəşinin öz vəsiyyətinə əsasən Azərbaycana gətirilərək burada dəfn edilməsi məsələsi gündəmdədir. Çağdaş dünya elminin bayraqdarlarından olan L.Zadənin nəşinin Azərbaycana gətirilməsini təqdir edən ölkənin ziyalı kəsimi hesab edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zadə şəxsiyyətinə həmişə böyük dəyər verib və dahi alimin elmi nailiyyətlərini yüksək qiymətləndirib. Ziyalıların sözlərinə görə, Azərbaycan dövləti tarixən öz böyük şəxsiyyətlərinə sahib çıxıb və bu gün L.Zadəyə də sahib çıxır. L.Zadənin nəşinin ABŞ-dan Azərbaycana gətirilməsinin vacib olduğunu deyən ziyalılar bildirir ki, artıq ölkə başçısı İlham Əliyev L.Zadənin vəfatı ilə bağlı nekroloq imzalayıb, başsağlığı verib.

Qeyd edək ki, Prezident İlham Əliyevin və ölkənin yükəsk vəzifəli şəxslərinin imzaladığı nekroloqda böyük alim haqqında dəyərli fikirlər yer alıb: “Bir çox ölkələrin akademiyalarının, o cümlədən ABŞ Milli Mühəndislik Akademiyasının və Rusiya Təbiət Elmləri Akademiyasının üzvü seçilən professor Lütfi Zadə mötəbər beynəlxalq cəmiyyətlərin, qurumların və fondların mükafatlarına layiq görülmüş, onlarla ölkənin nüfuzlu universitetinin fəxri doktoru adını qazanmışdır. Lütfi Zadə elm və texnologiyaların inkişafına verdiyi dəyərli töhfələrinə, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Dostluq” ordeni ilə təltif edilmişdir.
Azərbaycanlı olması ilə qürur duyan və gənc yaşlarından etibarən Vətənin hüdudlarından çox-çox uzaqlarda yaşasa da, ürəyi həmişə doğma yurdu ilə bir döyünən Lütfi Zadə Azərbaycanın mədəniyyətə, elmə dərin ehtiram göstərilən ölkəyə çevrilməsi yolunda atılan hər addımı alqışlamış, burada informasiya texnologiyaları sektorunun inkişafına xüsusi diqqət yetirilməsindən məmnunluğunu ifadə etmişdir.
Dünya şöhrətli alim və böyük şəxsiyyət Lütfi Zadənin işıqlı xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır”.

Lütfi Zadənin nəşinin Azərbaycana gətirilib burada dəfn edilməsini təqdir edən ziyalılar xatırladır ki, Azərbaycan dövləti indiyə qədər qürbətdə yaşayan bir neçə tarixi şəxsiyyətlərinin nəşini ölkəmizə gətirərək burada Vətən torpağına tapşırıb.

2008-ci ildə Moskvada vəfat edən dünya şöhrətli müğənni Müslüm Maqomayevin öz vəsiyyətinə əsasən nəşinin Azərbaycana gətirilərək I Fəxri Xiyabanda dəfn edilməsi faktının ölkə başçısı İlham Əliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi xidmətlərdən biri olduğunu deyən ziyalılar hesab edirlər ki, L.Zadənin də nəşinin Vətənə gətirilməsində ölkə başçısı öz səylərini əsirgəməyəcək.

Tanınmış diktor, xalq artisti Eldost Bayram bizimlə söhbətində bildirdi ki, L.Zadə dünya elmində Azərbaycanın parlaq günəşidir. Xalq artisti hesab edir ki, Vətənə bağlı olan belə bir şəxsiyyətin Vətəndə dəfn edilməsi hər kəsin ürəyindən olar: “Mən onun Azərbaycanda dəfn edilməsini ürəkdən təqdir edirəm. O bir günəşdir. Onun elmdə çox böyük xidmətləri olub və bütün bəşəriyyətə xidmət edib. O elə bir oğuldur ki, dünyasını dəyişəndən sonra Azərbaycanda dəfn edilməsini vəsiyyət edib. Bilirsiniz ki, cənab Prezident də onun fəaliyyətinə çox yüksək qiymət verib. Zadənin Vətəndə dəfn edilməsi vəsiyyətini təqdir edirəm və o burada dəfn edilsə, çox yaxşı olar. Çünki o, Azərbaycana mənəvi dəstək verirdi, Azərbaycanın tanınması üçün çalışırdı. Dövlətimiz həmişə öz şəxsiyyətlərinə sahib çıxıb. Lütfi Zadəyə də həmçinin. Çox istərdim ki, o, Azərbaycanda dəfn edilsin. Bu həm də ölkəmizin daha da geniş tanınmasına vasitə olardı”.  

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bizimlə söhbətində  qeyd etdi ki, Lütfi Zadə adı bütün dünyada bir azərbaycanlı imzası kimi görünür. Onun sözlərinə görə, belə şöhrətli bir alimin nəşinin Azərbaycana gətirilməsi olduqca dəyərli bir iş olardı: “Lütfi Zadənin dünya elmində oynadığı rol ölkə başçısı tərəfindən yüksək səviyyədə qiymətləndirilib, dəyərləndirilib. Lütfi Zadə “Dostluq” ordeni ilə təltif edilib. Azərbaycan xalqı da həmişə bu böyük alimə sevgi ilə yanaşıb. O mənada hesab edirəm ki, Lütfi Zadənin Azərbaycanda dəfn edilməsində simvolik bir məna da axtarmaq lazımdır. Yəni biz azərbaycanlılar, dünyanın harasına getməyimizdən asılı olmayaraq, heç vaxt azərbaycanlı olduğumuzu unutmuruq, öləndə də cismimizin Azərbaycana qovuşmasını arzu edirik. Müslüm Maqomayev də Azərbaycanda dəfn edilməsini vəsiyyət etmişdi və Prezidentin səyi nəticəsində o, Vətəndə dəfn edildi. Bu gün Müslüm Maqomayevin Fəxri Xiyabandakı məzarı artıq ziyarətgaha çevrilib və şübhə etmirəm ki, Lütfi Zadənin də Azərbaycandakı məzarı dünya alimlərinin ziyarətgahına çevriləcək. Bu həm də Azərbaycan elmi üçün bir örnək olacaq. Gənc alimlərimiz Lütfi Zadənin məzarını ziyarət edərək Azərbaycanımızın nə qədər böyük şəxsiyyətlər yetirdiyinin şahidi olacaq. Şübhəsiz, Lütfi Zadənin adı belə ölkəmizin tanıdılması üçün çox əhəmiyyətlidir”. 

Tarixçi-alim, professor Anar İsgəndərli “Bakı-Xəbər”ə bildirdi ki, L.Zadənin nəşinin Azərbaycana gətilərək burada dəfn edilməsi olduqca vacib məsələdir. A.İsgəndərli qeyd etdi ki, şəriətə görə, Vətəndə dəfn edilməsini vəsiyyət edən şəxsin mütləq mənada vəsiyyəti yerinə yetirilməlidir: “Lütfi Zadə dünya elmi üçün çox qüdrətli bir simadır. O, azərbaycanlı kimi yaşayıb və dünya da onu Azərbaycan əsilli alim kimi tanıyıb. Belə qüdrətli alimin Vətəndə dəfn edilməsini təqdir etməli, alqışlamalıyıq. Bilirsiniz ki, şəriət qanunlarına görə, bir müsəlman öz dəfninin hansısa bir ölkədə, məkanda həyata keçirilməsini vəsiyyət edirsə, o vəsiyyətə birmənalı olaraq əməl edilməlidir. Bu baxımdan, Lütfi Zadənin də vəsiyyətinə əməl edilməli, o, Azərbaycanda dəfn edilməlidir. Böyük insan, böyük alim Lütfi Zadə Azərbaycanın adını lazım olan yerlərdə tanıdıb və lazım olan yerlərə yazdırıb. Bu birmənalı belədir”.

Tarixçi-alim, tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı da hesab edir ki, Zadə Azərbaycanda dəfn edilməlidir. Buna kifayət qədər əsas olduğunu deyən M.Zülfüqarlı hesab edir ki, böyük alim bunu sağlığında haqq edib: “O, Azərbaycanın fəxr etdiyi, qürur duyduğu şəxsiyyətlərdən, böyük elm adamlarından biridir. Hesab edirəm ki, Lütfi Zadənin nəşinin Azərbaycana gətirilməsi və burada dəfn edilməsi vacibdir. O özü bunu vəsiyyət edib. Azərbaycan xalqı öz böyük alimi ilə qürur duyur. Bilirsiniz ki, Azərbaycan dövləti, Azərbaycan xalqı həmişə öz dahilərinə sahib çıxıb. Müslüm Maqomayev də Azərbaycanda dəfn edilməsini vəsiyyət etmişdi, onu da gətirib burada dəfn etdilər. Bu, dövlətin öz böyük oğluna böyük sayğısı idi. Düşünürəm ki, Lütfi Zadənin də vəsiyyətinə əməl edilməlidir”.

Tanınmış şair-publisist Dəyanət Osmanlı da hesab edir ki, L.Zadənin Azərbaycanda dəfn edilməsi vacib məsələdir: “O öz Vətənini sevdiyini, Azərbaycana bağlı olduğunu sübut edib. Belə bir şəxsiyyət vəfatından əvvəl Azərbaycanda dəfn edilməsini vəsiyyət edib. Bu o deməkdir ki, Zadə heç vaxt Azərbaycanı unutmayıb, onu qəlbində yaşadıb. Bu da onun ölkəmizdə dəfn edilməsinə əsas verir. Hər bir azərbaycanlının Vətəndə dəfn edilməsi vacibdir. O, Azərbaycan adını dünya elminə şərəflə tanıdıb. Lütfi Zadənin vəsiyyətinə əməl edib onu burada dəfn etmək lazımdır”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

20.08.2026 / 11:14
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlandı

20.08.2026 / 11:06
Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

20.08.2026 / 10:35
17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi - DTX-dan xüsusi əməliyyat...

20.08.2026 / 09:48
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

20.08.2026 / 09:02
Özalın ölümündə də FETÖ izi? - Əhməd Özal şok detallar açdı

20.08.2026 / 07:00
İsrail Suriyadan incik düşdü - “Türkiyəyönlü hərəkətinə görə”…

20.08.2026 / 06:57
Özəlin partiyasından millət vəkilini bıçaqlayan CHP-çi ata və oğlu həbs edildi

20.08.2026 / 06:37
Almaniya kanslerindən israilli nazirin qorxunc çağırışına sərt təpki - “…qəbuledilməzdir”…

20.08.2026 / 06:17
NATO İranın üzv ölkələrə təhdidlərinə təhdidlə cavab verdi “…strategiyamız güclü və təsirlidir”…

20.08.2026 / 06:03
Tramp İrana “əjdaha sanksiyalar” vəd etdi

19.08.2026 / 22:46
Avropadakı ABŞ bazaları İranın hədəfində... Mümkün hücumlara qarşı hazırlıqlar başladı...

19.08.2026 / 22:21
İranla Fransa arasında gərginlik artır - diplomatlar ölkədən qovuldu, Tehran Parisə sərt xəbərdarlıq etdi...

19.08.2026 / 21:50
Moskvanın böyük qorxusu – Qərb "erməni və Moldova metodları" ilə Duma seçkilərinə müdaxilə edəcək...

19.08.2026 / 21:33
Azərbaycanın Sovet dövrü tarixi yenidən yazılmalıdır -Tarixçilər qəti mövqe tutur...

19.08.2026 / 21:15
İlham Əliyevin “Metsamor AES bağlanmalıdır” tələbinə İrəvandan reaksiya...

19.08.2026 / 20:48
Ermənilər İrəvandan Təbrizə təyyarə reyslərini bərpa edirlər...

19.08.2026 / 20:25
Rusiya XİN Azərbaycan baş prokurorluğunun məlumatına çoxbaşlı cavab verdi...

19.08.2026 / 20:09
Tokayev Nazarbayevin hüquqlarını əlindən aldı – xalqa müraciət edə bilməyəcək…

19.08.2026 / 19:41
Rusiya Azərbaycanla münasibətlərini yenidən gərginləşdirir...

19.08.2026 / 19:33
Özəl tərəfdarı millət vəkili CHP-li Keleş tərəfindən bıçaqlandı

19.08.2026 / 19:10
Rusiya və Ukrayna arasında əsir mübadiləsi - 103-nü verib 103-nü aldılar...

19.08.2026 / 18:43
"Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir" - XİN

19.08.2026 / 18:30
Bakıda bu kabab evində at DNT-si aşkarlandı - ŞOK...

19.08.2026 / 18:07
İsrail və Türkiyə arasında müharibə təhlükəsi - İsrailin Suriyaya son hücumu ilə bağlı ŞOK İDDİA...

19.08.2026 / 17:40
Əliyevin Rusiya ilə siyasi davranışları Ermənistanda qızğın müzakirə olunmağa başlayıb...

19.08.2026 / 17:27
Xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda yaxalanaraq Azərbaycana gətirildi - VİDEO

19.08.2026 / 17:12
Gürcüstanda pul qazanmaqda Azərbaycan Türkiyəni üstələdi, fərq – 550 min dollar...

19.08.2026 / 16:49
Tramp Omanı Amerikanın düşmənləri siyahısına daxil etdi - vurulacaq...

19.08.2026 / 16:25
Azərbaycanın dövlət borcunda dəyişiklik gözlənilir...Nazirlik hesabat yaydı...

19.08.2026 / 16:22
CNN Azərbaycana böhtan atdı, məhkəməyə verildi...

19.08.2026 / 16:11
Ermənistan ordusunda ölüm halları ölkəni yenidən qarışdırdı...

19.08.2026 / 16:06
Paşinyan Türkiyəyə dəmiryolu çəkilişini beynəlxalq tenderə çıxardı...

19.08.2026 / 15:37
Putin “Yabloko”nun adını bütün seçki sənədlərindən silməyi əmr etdi...

19.08.2026 / 15:15
Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi

19.08.2026 / 14:58
Rusiyadan Ermənistana Azərbaycandan vasitəsilə 1 820 ton buğda göndəriləcək

19.08.2026 / 14:44
Mədəniyyət Nazirliyinə yeni aparat rəhbəri təyin olundu, Mustafa Abbasbəyliyə isə yeni vəzifə verildi

19.08.2026 / 14:36
Netanyahu Trampın Qəzza planını rədd etdi, Tramp dözdü - inanmaq olar?..

19.08.2026 / 14:12
Tramp İranla danışıqları dayandırmağı əmr etdi - sərt sanksiyalar gəlir…

19.08.2026 / 13:54
ABŞ münaqişəni qızışdırarsa, İran Avropaya zərbə endirə bilər…

19.08.2026 / 13:39
Rusiya ilə müharibənin Ukraynaya vurduğu ziyan 600 milyard dolları keçdi...

19.08.2026 / 13:25
Ukraynada yüksək vəzifəli məmurların evində axtarış aparılır - Zelenskinin ofis rəhbərinin müavini də təhlükə ilə üzləşdi…

19.08.2026 / 13:10
Prezident Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirdi - VİDEO

19.08.2026 / 12:54
ABŞ Azərbaycanı Çini tariflərdən yayınmağa kömək etməkdə ittiham edir…

19.08.2026 / 12:30
İran iki fransız diplomatı “persona non grata” elan etdi

19.08.2026 / 12:14
Həkim səhvi ilə bağlı mübahisələrdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı

19.08.2026 / 11:43
Ağdam kənd qəbiristanlığında hərbi sursat aşkarlandı

19.08.2026 / 11:29
30 ilin sirləri - əfqan əsirliyindən qaçan pilotun film kimi hekayəsi

19.08.2026 / 11:16
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlandı

19.08.2026 / 10:57
Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn ediləcək

19.08.2026 / 10:31
Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar - 9 nəfər həbs edildi

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ