“Mədəniyyət” kanalında sentyabr ayından etibarən yeni elmi-publisistik proqram efirə gedəcək.
“Olayların”ın xəbərinə görə, “Yaddaş” adlı proqramın aparıcısı yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzdur. Sentyabrın 15-i saat 21:15-də ilk buraxılışı olacaq “Yaddaş” elmi-publisistik proqramında Azərbaycanın, eləcə də dünyanın tarix, ədəbiyyat zirvələrini əks etdirən maddi-mənəvi abidələr, elm və sənət yadigarları analoji paralellərlə bir-birini əvəz edəcək.