Cümə axşamı günü, 22 oktyabr 2026
     

Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri Qarabağ məsələsində üç dövlətin vahid prinsipial mövqeyini ortaya qoydular

Image


Bakıda Türkyə və Gürcüstan xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Mixail Canelidze arasında da görüş keçirilib. İki ölkənin XİN rəhbərlərinin görüşünün gündəliyinə siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişafı, regional layihələrin həyata keçirilməsi və digər məsələlər daxildir.

Daha sonra Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 6-cı toplantısı başlayıb. Görüşün gündəliyinə siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişafı, regional layihələrin həyata keçirilməsi və digər məsələlər daxildir. Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Mixeil Canelidzenin iştirak etdiyi üçtərəfli görüş media üçün qapalı keçirilib.

Görüşün sonunda nazirlər mətbuat üçün bəyanatla çıxış ediblər.

“Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri dövlət başçılarının sammitini hazırlamaq barədə razılıq əldə edib”. Bunu brifinq zamanı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, ölkələr həmçinin, gələcək əməkdaşlığın yol xəritəsini hazırlamaq barədə də razılığa gəlib.

E.Məmmədyarov həmçinin əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bu ilin sonunadək başa çatacaq və nəticədə əməkdaşlıq üçün böyük imkanlar yaranacaq.

Nazir deyib: “Bu layihəyə tələbat var. Bundan başqa, hər üç ölkə digər növ – dəniz və magistral yük daşımalarını da işə salmaq niyyətindədir”.

E.Məmmədyarov deyib ki, Bakı Ankara və Tbilisini münaqişələrin həll olunması üzrə qarşılıqlı fəaliyyəti genişləndirməyə çağırıb. Onun sözlərinə görə, dövlətlərin ərazi bütövlüyü prinsiplərinə hər üç ölkənin yanaşması üst-üstə düşür: “Şübhəsiz ki, biz münaqişələrin diplomatik yolla həll olunmasının tərəfdarıyıq. Münaqişə məsələləri bütün beynəlxalq təşkilatlarda müzakirə olunur və fikrimcə, biz bu məsələdə əməkdaşlığı daha da genişləndirməliyik”.

E.Məmmədyarov qeyd edib ki, GUAM üzv ölkələrinin ərazilərindəki həll olunmamış münaqişələrlə bağlı məsələ BMT Baş Assambleyasının növbəti sessiyasının gündəliyinə çıxarılıb. Nazir əlavə edib: “Dağlıq Qarabağ münaqişəsinin həlli siyasi qərarın qəbul olunmasını tələb edir”.

Nazirin sözlərinə görə, onun Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla görüşü planlaşdırılır, amma görüşün dəqiq tarixi hələlik bəlli deyil: “Ola bilər ki, görüş BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutsun”.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə deyib ki, Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadi münasibətləri yeni səviyyəyə yüksəltmək niyyətindədir. Onun sözlərinə görə, üçtərəfli formatlar regional əməkdaşlığın inkişafına vacib töhfə verir: “Bakı-Tbilisi-Qars dəmir yolu üç ölkənin nəqliyyat sahəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün istifadə olunacaq”.

“Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir” – M.Çavuşoğlu bildirib (APA). M. Çavuşoğlu deyib ki, Türkiyənin Azərbaycan və Gürcüstanla həyata keçirdiyi layihələr tək bu ölkələrin deyil, regionun rifahı üçündür: “2018-ci ildə TANAP layihəsi başlayacaq. Bu layihə Avropanın enerji təhlükəsizliyinə töhfədir. Bununla yanaşı Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində işlər bitmək üzrədir. Test səfərləri artıq başlayıb. Qarsla Tbilisi arasında bir test səfəri olmalıdır. Bu test səfərlərindən sonra Bakı-Tiflis-Qars xətinin açılacağı tarixi birlikdə müəyyən edəcəyik. Bu, təkcə 3 ölkəni birləşdirən layihə deyil”.

"Mayanmardakı hadisə ilə bağlı mövqeyinə görə Azərbaycana çox təşəkkür edirik. Orada insanlıq dramı yaşanır. Bütün dünya buna həssas yanaşmalıdır. Təəssüf ki, bunu görmürük". Bunu da Türkiyənin xarici işlər naziri deyib.

O, Bakıdan Banqladeşə gedəcəyini bildirib: "Biz beynəlxalq səviyyədə nə edə biləcəyimizi azərbaycanlı həmkarımla müzakirə etdik. Arakan məsələsinin ədalətli və etibarlı həllinə nail olmalıyıq".

“Bakı, Ankara və Tbilisi münasibətlərə yeni təkan vermək niyyətindədir”. Bunu isə brifinq zamanı Gürcüstanın xarici işlər naziri Mixail Canelidze deyib. Nazir rəsmi Tbilisinin Bakı və Ankara ilə həm ikitərəfli, həm də üçtərəfli səviyyədə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu deyib.

O həmçinin qeyd edib ki, hər üç ölkə beynəlxalq arenada uğurla əməkdaşlıq edir, bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.

Elmar Məmmədyarov, Mixail Canelidze və Mövlud Çavuşoğlu arasında keçirilən VI üçtərəfli görüşün yekunu olaraq Bakı Bəyannaməsi imzalanıb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, siyasi dialoq və xüsusi üçtərəfli layihələrin yerinə yetirilməsi baxımından mühüm platforma kimi xarici işlər nazirlərinin öncəki üçtərəfli görüşlərində qəbul edilmiş Trabzon Bəyannaməsi, Batumi Birgə Komünikesi, Gəncə, Qars və Tbilisi Bəyanatlarına sadiqlik vurğulanıb.

Üç dövlət arasında ikitərəfli və üçtərəfli əməkdaşlığın yüksəlməsindən məmnunluq ifadə edilib və strateji tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın daha da genişləndirilməsinə sadiqlik bir daha təsdiqlənib. Həmçinin, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və qəti dəstək bir daha bəyan edilib. Regionda davam edən mövcud münaqişələrin sülh, sabitlik və iqtisadi inkişafa xələl gətirdiyi və beynəlxalq hüququn qeyd edilmiş prinsipləri əsasında siyasi həll tələb etdiyi vurğulanıb.

Qeyd olunur ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda və ətraf bölgələrdə münaqişənin və Gürcüstanda münaqişənin ən qısa zamanda beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, həmçinin BMT, ATƏT və Avropa Şurasının müvafiq qətnamələri və qərarlarına uyğun olaraq həll edilməsinin labüdlüyü bir daha bəyan edilib.

Eyni zamanda, iqtisadi artım və davamlı inkişaf yolu ilə üçtərəfli əməkdaşlığın, xüsusilə də üç ölkə xalqının rifahını təmin edəcək sahələrdə genişləndirilməsinin yeni yollarının üzə çıxarılması üçün öz dövlətlərinin niyyətləri vurğulanıb. İqtisadi və ticari əməkdaşlığın irəlilədilməsi, bununla da sərmayə qoyuluşu və ticarətin təşviqi baxımından faktiki potensialı qarşılamaq məqsədilə səylərin gücləndirilməsini qərara aldılar; və birgə layihə və proqramlar vasitəsilə enerji, nəqliyyat, telekommunikasiya, sənaye, ətraf-mühit, təhsil, elm, mədəniyyət, turizm və idman sahəsində əməkdaşlığı daha da gücləndirmək qərara alınıb. Bu xüsusda 17 fevral 2017-ci il tarixində üç dövlətin iqtisadiyyat nazirlərinin iştirakı ilə keçirilmiş Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunun V Görüşünün əhəmiyyətini qeyd edilib. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində, Təşkilatın 25-ci ildönümü ilə bağlı 22 may 2017-ci ildə İstanbulda qəbul edilmiş Zirvə Görüşü Bəyannaməsinin ruhuna uyğun olaraq, əməkdaşlığın əhəmiyyətini vurğulanıb.

Enerji sahəsində strateji tərəfdaşlığı vurğulanaraq, Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan TANAP layihəsinə, həmçinin Xəzər hövzəsindən Avropaya karbohidrogen ehtiyatlarının nəqlinə yönəlmiş və Azərbaycan, Gürcüstan və Türkiyənin bu layihələrin uğurlu fəaliyyət göstərməsində roluna imkan yaradan enerji layihələrinə tam siyasi dəstək bir daha bəyan edilib. Nazirlər ölkələrin enerji sahəsində dialoqun davam etdirilməsinə hazır olduqlarını və enerji mənbələrinin şaxələndirilməsində, həmçinin region daxilində və kənarda enerji daşımaları yollarının təhlükəsizliyi də daxil olmaqla, təchizat təhlükəsizliyinin gücləndirilməsində enerji layihələrinin əhəmiyyətini qeyd ediblər. Tarixi İpək Yolunun dirçəldilməsi və qorunub-saxlanılması məqsədilə üçtərəfli əməkdaşlığın əhəmiyyətini qeyd edilib və İpək Yolu boyunca nəqliyyat, enerji, ticarət, mədəniyyət və turizm və insanlararası təmaslar sahəsində əməkdaşlığın daha da genişləndirilməsi vurğulanıb. Bu xüsusda 28-29 noyabr 2017-ci il tarixində Tbilisidə keçiriləcək “Tbilisi Kəməri və Yolu Forumu”nda yüksək səviyyəli iştirakın əhəmiyyəti diqqətə çatdırılıb. Strateji əhəmiyyətə malik irimiqyaslı nəqliyyat layihələrinin üç dövlətin iqtisadi inkişafı baxımından mənfəətli olacağına və Asiya və Avropa arasında rəqabətədavamlı daşımaları asanlaşdıracağına əminlik ifadə edilərək, Bakı-Tbilisi-Qars dəmiryolunun ən qısa zamanda fəaliyyətə başlamasının xüsusi əhəmiyyəti vurğulanıb.

Ticarət və iqtisadi inkişaf üçün münbit şərait yaradılması, habelə beynəlxalq sərnişin və yük daşımalarının həcminin artırılmasının təmin edilməsi məqsədilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən Şərq-Qərb/Orta Nəqliyyat Dəhlizinin tam reallaşdırılmasına xüsusi diqqəti bir daha təsdiq edilib. Bu kontekstdə, XİN rəhbərləri bütün beynəlxalq və regional maliyyə təsisatlarını müvafiq nəqliyyat dəhlizləri və yollarının maliyyələşdirilməsinə tövfə verilməsinin təşviqi barəsində razılaşıblar.

Həmçinin, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Çindən Avropaya yük daşımalarının asanlaşdırılması və Asiya və Avropa arasında nəqliyyat əlaqələndirməsini artırmağa yönəlmiş Trans-Xəzər beynəlxalq Nəqliyyat Yolunun böyük inkişaf potensialına malik olduğu vurğulanıb. Regionda rəqəmsal bərabərsizliyin azaldılması/aradan qaldırılması məqsədilə üç dövlət arasında informasiya strukturlarının yaradılması və fəaliyyətə başlaması istiqamətində sıx və davamlı əməkdaşlığın əhəmiyyətini qeyd olunub və bu xüsusda, Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsinin, Magistralın Trans-Xəzər yolunun inkişaf etdirilməsi də daxil olmaqla, tezliklə reallaşdırılmasına töhfə verməyə dair sadiqlik bir daha bəyan edilib. Dəniz və su nəqliyyatı kimi davamlı nəqliyyat vasitələrinin effektiv inteqrasiyası ilə nəqliyyat hərəkətinin təhlükəsizliyinin artırılması, ətraf-mühit, enerji səmərəliliyi və daha təhlükəsiz nəqliyyat fəaliyyətlərinə dair davamlı inkişaf məqsədlərinə nail olunması məqsədilə Xəzər regionunda intermodal nəqliyyat xidmətlərinin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulanıb.

Eyni zamanda, regionda ekeloji tarazlığın saxlanılması məqsədilə ətraf-mühitin mühafizəsi, meşəçilik, torpaq resurslarının istifadəsi və su resurslarının idarəçiliyi sahəsində məlumat və təcrübə mübadiləsinin gücləndirilməsinin əhəmiyyəti qeyd edilib. Keçən dövr ərzində baş tutmuş üçtərəfli treninq və təlimlər, yüksək səviyyəli görüşlər qeyd edilərək, müdafiə sahəsində üçtərəfli əməkdaşlığın əhəmiyyətini vurğulanıb və gələcəkdə fəal əməkdaşlığın davam etdirilməsi bəyan edilib. Qeyd olunub ki, terrorçuluq, ekstremizm və separatçılığın bütün forma və təzahürlərinin, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələr və prekursorlar, qeyri-qanuni silah ticarəti, insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, kibercinayətlər və miqrant qaçaqmalçılığına qarşı mübarizədə əməkdaşlığın gücləndiriləcək.

Azərbaycan və Gürcüstan bir daha Türkiyədə 15 iyul 2017-ci il tarixli uğursuz çeviriliş cəhdi törədicilərinin fəaliyyətini qınayıb və hər iki dövlət Türkiyə ilə sıx əməkdaşlığı qeyd edərək, Türkiyənin demokratik yolla seçilmiş prezident və hökumətinə qətiyyətli dəstəyi bir daha bəyan ediblər. Etnik, irqi, dini və inanc zəminində olan dözümsüzlük və ayrı-seçkiliyin bütün formalarını qınayaraq və müxtəlif mədəniyyətlər, sivilizasiyalar və xalqlar arasında dözümlülük, hörmət, dialoq və əməkdaşlığın təşviq edilməsinin vacibliyini vurğulayaraq, 25-27 aprel 2017-ci il tarixində Bakı şəhərində keçirilmiş BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyəti qeyd edilib.

2017-2019-cu illər üzrə Üçtərəfli Sahəvi Əməkdaşlığa dair Faəliyyət Planının qəbul edilməsinin vacibliyi qeyd edilib. Xalqlar arasında insanlararası təmasların daha da genişləndirilməsinə xidmət edəcək mədəniyyət, təhsil, səhiyyə, gənclərin mübadiləsi, turizm və idman sahəsi də daxil olmaqla, humanitar sahədə əməkdaşlığın əhəmiyyətini vurğulanıb və bu sahələrdə birgə layihə və tədbirlərin təşəbbüskarı olmağa və təşviqinə hazır olduqları ifadə edilib. Bildirilib ki, ümumi maraq kəsb edən regional və qlobal məsələlər ətrafında üçtərəfli dialoq daha da intensivləşdiriləcək.

Növbəti üçtərəfli görüşün Türkiyədə keçirilməsi ilə bağlı razılığa gəlinib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ