Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun erməni həmkarı ilə növbəti görüşü BMT Baş Assambleyasının Nyu York toplantısı çərçivəsində baş tutacaq.
Baki-xeber.com-un xəbərinə görə, görüşün keçirilməsilə bağlı məsələ artıq Misk Qrupunun həmsədrlərilə razılaşdırılıb. Bu barədə Azərbaycan XİN başçısı Bakıda keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının üçtərəfli görüşünün yekunları ilə bağlı brifinqdə xəbər verib. Görüşün tarixinin hələ dəqiqləşmədiyini deyən nazir bildirib ki, Qarabağ münaqişəsinin çözüm planı artıq hər kəsə bəllidir.