Ağdamda, Qarqar çayının sahilində 1 ədəd Ermənistan istehsalı olan piyada əleyhinə mina (AMN) aşkar edilib.
Baki-xeber.com-a bu barədə məlumat Azərbaycan Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) daxil olub. Xəbərdə deyilir ki, sentyabrın 4-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağdam rayonu Əfətli kəndi ərazisində 1 ədəd minanın aşkar olunması barədə məlumat daxil olub. Dərhal Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Mütəxəssislər tərəfindən həmin ərazidə - Qarqar çayının sahilində otlaq sahəsinə baxış keçirilib. Aparılan operativ əməliyyat nəticəsində 1 ədəd Ermənistan istehsalı olan piyada əleyhinə mina (AMN) aşkar edilib. Daşınması mümkün olmadığından, sentyabrın 5-də partladılma yolu ilə mina zərərsizləşdirilib.
Eyni zamanda əraziyə 8 000 kv.m radiusunda yerüstü baxış keçirilib, lakin başqa təhlükəli predmet aşkar edilməyib.