"Türkiyənin Avrasiya İqtisadi İttifaqının Gömrük Birliyinə daxil olması məsələsi dəyərləndirilir". APA-nın məlumatına görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O bildirib ki, bu, iqtisadi məsələdir: "Təbii ki, siyasi tərəfləri də var. Hər halda, bunlar dəyərləndirilib, yekun qərar veriləcək".
Xatırladaq ki, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi Avrasiya İttifaqının Gömrük Birliyinə daxil olmaq üçün bu il müraciət edəcəklərini bildirib.
“Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin görüşü sentyabrın 6-da Bakıda keçiriləcək”. Bunu da Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O bildirib ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sentyabrın 5-də Bakıya gələcək.