Şeyxülislam Allahşükür Paşazadə Moskvada bütün ermənilərin katolikosu II Qareginlə görüşəcək.
Baki-xeber.com-un erməni mətbuatından əldə etdiyi xəbərə görə, bu barədə Eçmiədzinin informasiya mərkəzinin direktoru Vaqram Melikyan məlumat verib. Onun sözlərinə görə, görüş sentyabrın 8-də Patriarx Kirillin vasitəçiliyilə Moskvada baş tutacaq.
Xəbərə görə, dini liderlərin görüşünün əsas gündəm mövzusunu Qarabağ münaqişəsinin həlli və regionda sülhə nail olunması təşkil edəcək.
Xatırladaq ki, otən il Patriarx Kirillin 70 illik yubileyi ərəfəsində belə bir görüşün keçiriləcəyi xəbəri yayılsa da, sonradan bu təkzib olunmuşdu.