Xəbər verildiyimiz kimi, avqustun 21-də Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə-xilasetmə dəstəsi ona həvalə olunmuş ərazilərdəki yanğın ocaqlarını söndürüb və qarşıya qoyulan tapşırıqları operativ şəkildə layiqincə yerinə yetirib.
Avqustun 26-da Gürcüstanın Borjomi-Xaraqulsk qorugunda baş vermiş meşə yanğınların söndürülməsində iştrak etmiş Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə-xilasetmə dəstəsində təmsil olunmuş Xüsusi Risqli Xilasetmə Xidmətinin 24 əməkdaşı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 2 helikopteri ilə axşam saatlarında geri dönüb.
Qeyd edək ki, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonasına FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilib.