Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Sabirabad şəhərində Saatlı, İmişli, Hacıqabul, Sabirabad rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, nazir tərəfindən qəbul edilən 14 vətəndaşın müraciətlərinin bir çoxu yerində həllini tapıb, bir sıra məsələ ilə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr məsələləri ilə bağlı 63, digər məsələlərlə bağlı müraciət etmiş 43 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.