Endryu Şefer ABŞ-ın ATƏT-in Minsk Qrupunda yeni daimi həmsədri təyin edilib.
“Trend”-in məlumatına görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı müvəqqəti həmsədri Riçard Hoqland deyib. "Bazar ertəsindən Endryu Şefer həmsədr olacaq. O, ABŞ-ın çox təcrübəli diplomatıdır. Şefer Vyanada beynəlxalq təşkilatlar yanında ABŞ-ın missiyasında işləyib"- Hoqland bildirib.