Nazarbayev və Lukaşenkonun müqavimətilə ermənilərin planı iki dəfə pozulsa da, nəhayət ermənilər general-polkovnik Xaçaturovun Bişkekdə KTMT rəhbərliyinə gətirilməsinə nail ola bildilər.
Yuri Xaçaturovun çox maraqlı tərcümeyi-halı var. Tək bir neçə faktı bilməklə onun kim olduğuna qərar vermək olar. Əfqanıstan müharibəsinin iştirakçısı olan bu general həm də Qarabağ müharibəsinin və deməli Qarabağ işğalçılığının aktiv fiqurlarından biri olub. Çoxsaylı mükafatları içərisində “Andranik Ozanyan” medalı da var. 2008-ci ildən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub. Andranık Ozanyanın kim olduğunu nəzərə alsaq, Xaçaturovun bu medalla təltif olunmasının əsl səbəbini anlamaq çətin olmaz. Türk düşməni və Qarabağ işğalçısı olan bir generalın KTMT-nın Baş katibi postuna gətirilməsinin arxasında hansı niyyətlərin dayanması üzərində düşünməyə dəyər...