Bu gün səhər saatlarında Zığ qəsəbəsindən hava limanı istiqamətinə gedən yolda dəhşətli qəza baş verib.
Baki-xeber.com-un xəbərinə görə, "VAZ" və "KİA" markalı minik avtomobilləri toqquşaraq alışıb. Nəticədə hələlik şəxsiyyəti müəyyənləşdirilməyən 3 nəfər “VAZ” avtomobilində yanaraq ölüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Risqli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb edilərək, avtomobildə sıxılmış vəziyyətdə qalmış 3 nəfərin yanmış cəsədi çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Digər avtomobil yanğından mühafizə olunub.