Aprelin 9–da dənizdə aşkar edilən kişi meyitinin, “Azneft” İB-nin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin 1 saylı neft qazçıxarma sahəsində “əmtəə operatoru” vəzifəsində çalışmış 1967–ci il təvəllüdlü Bəhramov Cavid Həyatxan oğluna məxsus olduğu müəyyən edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək.
Xəbəri “Bakı-Xəbər”ə “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan qərargahdan veriblər. Həmçinin bildirilib ki, qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış əməliyyatları davam etdirilir.
GÜNEL