Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2017-ci il aprel ayının 29-da saat 10:00-da Göyçay Rayon Polis Şöbəsində Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidir.
Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.