Dünən 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş, Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları növbəti dəfə qəbul edib.
Qəbulda Milli Məclisin Səhiyyə komitəsinə səhhətində olan problemlərlə bağlı müraciət edən insanlar komitə sədrindən xəstələrin müalicəsi, süni mayalanma, müxtəlif cərrahi əməliyyatlar və orqan köçürülməsi ilə bağlı kömək istəyiblər. Qəbul zamanı həm də 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan və müxtəlif problemlərin həllində deputatdan kömək istəyən seçicilər iştirak edib. Əhliman Əmiraslanov müraciət edən vətəndaşları ayrı-ayrılıqda dinləyərək qeyd edilən problemlərin diqqət mərkəzində olduğunu və həlli istiqamətində müvafiq addımlar atılacağını bildirib.