ABŞ xarici işlər naziri Reks Tillersonun Rusiya prezidenti Vladimir Putinlə görüşü təxirə salınıb.
Baki-xeber.com-un xəbərinə görə, Tillersonun səfəri 11-12 aprel tarixlərinə planlaşdırılıb. “Stratfor” xəbər verir ki, son hadisələrin ardından səfər prqramından dövlət başçısı Putinlə görüş bəndi çıxarılıb.
Xatırladaq ki, Əsəd rejiminin İdlibin Han Şeyhun qəsəbəsinə kimyasal hücumunun ardından ABŞ Əsəd rejiminə aid hərbi bazanı vurub. Bundan sonra ABŞ-la Rusiya arasında diplomatik gərginlik yaşanır.