Moskvada dəmiryolunun Kuntsevo-Fili hissəsində qatar qəzası baş verib.
Baki-xeber.com-un “life.ru”ya istinadən xəbərinə görə, elektrik qatarının əyləc sisteminin işləməməsi səbəbindən maşınist qatarı durdura bilməyib və nəticədə o, Moskva – Brest qatarı ilə toqquşub. Xəbərə görə, qəza zamanı Moskva - Brest qatarında 546 sərnişin olub və onlardan 31 nəfəri xəsarət alıb. Elektrik qatarının sərnişinləri arasında xəsarət alan yoxdur.
Qeyd edək ki, xəsarət alanlar arasında 50 yaşlı azərbaycanlı Sevil Musayeva da var.