Cumhurbaşkanı Ərdoğanın Adanadaki mitinqinə gedənləri daşıyan avtobus idarəetməni itirərək dərəyə aşıb.
Baki-xeber.com-un xəbərinə görə, hadisə nəticəsində 3 nəfər ölüb, 20 nəfər yaralanıb. Xəbərə görə, avtobus Kozandan Adanaya gedirmiş. Alınan bilgiyə görə, sərnişinlərin əksəriyyəti gənclərdir. Qəzaya səbəb kimi güclü yağışın yağması göstərilir. Belə ki, hətta hadisə yerinə gələn təcili yardım maşını da əraziyə gəlib çıxmaqda çətinlik yaşayıb.