“Ukrayna Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”
Dağlıq Qarabağ münaqişəsi də Donbassdakı münaqişə kimi dondurulmuş münaqişə deyil. Azərbaycanlılar da, ukraynalılar da öz torpaqları uğrunda həlak olmaqda davam edir. Trend-in məlumatına görə, bunu mətbuat konfransında Ukraynanın Azərbaycandakı səfiri Aleksendr Mişşenko deyib.
Onun sözlərinə görə, Ukrayna Azərbaycanın dostluğunu və dəstəyini yüksək qiymətləndirir: “Ukrayna Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Bu cür vəziyyətə düşməsən, Azərbaycanın vəziyyətini tam anlamaq mümkün olmur. Biz münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıyıq”.
Kiyev meri Vitali Kliçko Azərbaycana dəvəti qəbul edib. Bunu da Ukraynanın Azərbaycandakı səfiri Aleksendr Mişşenko deyib.
Diplomat xatırladıb ki, Münhendə Azərbaycan Prezidenti İlham Əliyev və V.Kliçko arasında keçirilən görüş zamanı Kiyev meri Azərbaycana səfər etmək arzusunu ifadə etmişdi: "Hazırda tərəflər arasında səfər tarixini razılaşdırmaq üzrə iş gedir".
Səfir Ukraynada azərbaycanlı tələbələrə ali təhsil müəssisələr tərəfindən saxta diplomların verilməsinin qarşısı alınacaq (APA). Hazırda Ukraynada 10 mindən çox azərbaycanlı tələbənin təhsil aldığını səfirin sözlərinə görə, Ukrayna hökuməti onların təhlükəsizlik təminatı və təhsil səviyyəsinin yüksəldilməsi istiqamətində səylərini davam etdirəcək. Ukraynalı diplomat nəzərə çatdırıb ki, Azərbaycanın təhsil sahəsini təmsil edən nümayəndə heyətinin Ukraynaya səfəri gözlənilir.