"Avropa İttifaqının (Aİ) Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi bəllidir. Biz hesab edirik ki, status-kvo qəbuledilməzdir". Trend-in məlumatına görə, bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı səfiri Malena Mard deyib.
O, Aİ-nin ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini dəstəklədiyini bildirib: "Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber də bu məsələ ilə məşğul olur".
M.Mard deyib ki, Azərbaycanla Avropa İttifaqı Aİ arasında yeni strateji tərəfdaşlıq sazişi üzrə danışıqların növbəti mərhələsi yaxın həftələrdə başlayacaq. O, danışıqların Bakıda keçiriləcəyini bildirib: "Ekspertlərimiz buna hazırlıq görür".
Qeyd edək ki, Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə ilk görüş fevralın 7-də Brüsseldə keçirilib.