Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, nazirliyin "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzində Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində "Polis Əməkdaşlığı Proqramı" üzrə "Kibercinayətkarlıqla mübarizə" mövzusunda seminar keçirilir.
Aprelin 3-dən 7-dək keçirilən tədbirdə Almaniya Federal Kriminal Polis İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin mütəxəssisləri iştirak edir. Ekspertlər tərəfindən respublika Daxili İşlər Nazirliyinin aidiyyəti xidmətlərinin seminara cəlb olunmuş bir qrup əməkdaşına kibercinayətkarlıqla mübarizə mövzusunda mühazirələrin oxunması, bu sahədə alman həmkarlarımızın qazandığı müsbət təcrübənin öyrənilməsinə, həmçinin xidməti fəaliyyətdə tətbiqinə, digər aktual məsələlərə dair müzakirələrin və ətraflı fikir mübadiləsinin aparılması nəzərdə tutulur. Baki-xeber.com