Ədliyyə naziri Fikrət Məmmədov aprelin 10-da Goranboy rayonunda vətəndaşların qəbulunu keçirəcək.
Goranboy rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Goranboy şəhəri, Dədə Qorqud küçəsi 27) keçiriləcək qəbulda Goranboy və Xocalı rayonlarından və Naftalan şəhərindən olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbula Gəncə regional ədliyyə idarəsi (ünvan: Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsi; əlaqə telefonu: (022) 254-48-15,(022) 254-48-21), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları, contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Goranboy rayonu Heydər Əliyev Mərkəzində yazıla bilər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.
Məlumatı Ədliyyə Nazirliyinin mətbuat xidməti yayıb.
Baki-xeber.com