Bazar günü günü, 25 oktyabr 2026
     

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradıldı

Image


Prezident İlham Əliyev hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Azərbaycanda müasir dövlət idarəçiliyi sisteminin dayanıqlı fəaliyyəti və inkişafı üçün vacib amillər olan şəffaflığın və hesabatlılığın artırılmasına daim xüsusi diqqət yetirilir. Bu istiqamətdə mühüm nəticələr əldə edilmiş, eyni zamanda, dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, informasiyanın əldə edilməsində daha geniş açıqlığın təmin edilməsi, ictimai iştirakçılığın artırılması və vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığın gücləndirilməsi tədbirləri bu gün də davam etdirilməkdədir.

Şəffaflığın və hesabatlılığın möhkəmləndirilməsi, bütövlükdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən davamlı strategiya çərçivəsində beynəlxalq aləmdə ümumən qəbul edilən prinsiplərə və ixtisaslaşmış beynəlxalq təşkilatlarla sıx əməkdaşlığa böyük önəm verilir.

Azərbaycan hasilat sənayesində şəffaflığı ən yüksək səviyyədə təşviq edərək, “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü”nə qoşulub, bu təşəbbüsdə tamhüquqlu üzv statusunu əldə etmiş ilk ölkə olmuş və bu sahədə hesabatları mütəmadi dərc etmişdir. Mədən sənayesində şəffaflığın təmin olunması və dövlət xidmətlərinin göstərilməsi sahələrində ölkəmizdə həyata keçirilən tədbirlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilmiş və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının “Dövlət Xidmətləri Mükafatı”na və “2009-cu il üzrə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü Mükafatı”na layiq görülüb.

Azərbaycan bu və ya digər beynəlxalq təşəbbüsə üzv olub-olmamasından asılı olmayaraq, hasilat sənayesində şəffaflıq və hesabatlılıq üzrə bütün beynəlxalq səyləri dəstəkləyir və beynəlxalq standartların tətbiqini davam etdirmək əzmindədir.

Fərmanda qeyd olunur ki, təbii ehtiyatlardan əldə edilən maddi sərvətlərin ölkə vətəndaşlarının rifahı üçün idarə edilməsinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasında hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqi aşağıda göstərilmiş beynəlxalq prinsiplər əsasında davam etdirilsin:

1.1. təbii ehtiyatlardan əldə olunan gəlirlərin vətəndaşların rifahı və ölkənin milli maraqları naminə idarə olunması suveren dövlətlərin səlahiyyətlərinə aiddir;

1.2. təbii ehtiyatlardan əldə olunan gəlirlərdən qənaətli istifadə yoxsulluğun azaldılmasına və davamlı iqtisadi inkişafa təkanverən mühüm vasitədir;

1.3. dövlət orqanlarının fəaliyyətində, özəl sektorda və ictimai münasibətlərdə şəffaflıq və hesabatlılıq standartları təşviq edilməlidir;

1.4. dövlət hasilat sənayesindən əldə olunan gəlirlərin idarə olunması ilə bağlı vətəndaşlar qarşısında hesabat verməlidir;

1.5. şəffaflığın artırılmasına müvafiq müqavilə və qanunlara əməl etməklə nail olunmalıdır;

1.6. hasilat sənayesində fəaliyyət göstərən dövlət və özəl şirkətlər tərəfindən şəffaflığın, o cümlədən dövlətin maliyyə idarəetməsinin və hesabatlılığın gücləndirilməsi təmin olunmalıdır;

1.7. ölkənin maliyyə şəffaflıq standartları hasilat sənayesində fəaliyyət göstərən bütün şirkətlərə şamil edilməlidir;

1.8. bu sahədə şəffaflığın tətbiqində dövlət orqanları, hasilat sənayesində fəaliyyət göstərən şirkətlər, beynəlxalq təşkilatlar, maliyyə qurumları, investorlar və qeyri-hökumət təşkilatları da daxil olmaqla, bütün maraqlı tərəflərin iştirakı təmin edilməlidir.

2. Azərbaycan Respublikasının hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə aşağıdakı tərkibdə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya (bundan sonra – Komissiya) yaradılsın:

Komissiyanın sədri

Şahmar Mövsumov – Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru

Komissiyanın üzvləri:

Natiq Abbasov – Azərbaycan Respublikası energetika nazirinin müavini

Sahib Ələkbərov – Azərbaycan Respublikası vergilər nazirinin müavini

Emin Hüseynov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Sahil Babayev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Rauf Hacıyev – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Yusif Yusifov – Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sədrinin müavini.

3. Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılsın və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının Dövlət Neft Fonduna həvalə edilsin.

4. Komissiyaya tapşırılsın ki:

4.1. Azərbaycan Respublikasında bu Fərmanın 1.1 – 1.8-ci bəndlərində göstərilən beynəlxalq prinsiplərə riayət olunmasına nəzarət etsin;

4.2. Azərbaycan Respublikasının hasilat sənayesində şəffaflığın təmin edilməsi məqsədilə dövlət siyasətinin formalaşdırılmasında iştirak etməklə bu sahədə dövlət orqanlarının və digər qurumların fəaliyyətini əlaqələndirsin;

4.3. Azərbaycan Respublikasında təbii ehtiyatların istismarı ilə əlaqədar dövlətin bütün daxilolmaları və Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin dövlətə ödənişləri barədə hesabatların beynəlxalq standartlara uyğun təqdim olunması formasını və müddətlərini müəyyən etsin;

4.4. hesabatların toplanması və yoxlanılması üçün müstəqil, ixtisaslaşmış audit şirkətinin seçilməsini təmin etsin;

4.5. toplanmış məlumatlar əsasında hesabat formasına uyğun olaraq ümumiləşdirilmiş hesabatını tərtib etsin və onun mütəmadi şəkildə ictimaiyyətə açıqlanmasını təmin etsin;

4.6. hesabatlılığın təşkil olunmasının bütün mərhələlərində qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri və müstəqil ekspertlər ilə əməkdaşlıq etsin;

4.7. Azərbaycan Respublikasının hasilat sənayesində şəffaflığın təmin edilməsinə dair normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər versin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Komissiyanın Əsasnaməsini iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

5.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını altı ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarına və şirkətlərinə tapşırılsın, həmçinin Azərbaycan Respublikasında hasilat sənayesində fəaliyyət göstərən xarici şirkətlərə tövsiyə edilsin ki, təbii ehtiyatların istismarı ilə əlaqədar hesabatlarını bu Fərmanın 4.3-cü bəndində müəyyən edilmiş formada və müddətlərdə Komissiyaya təqdim etsinlər.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ