Sankt-Peterburqda metro qatarında partlayış törədən 22 yaşlı Akbarcon Cəlilovun yaxınları cəsəd fraqmentlərinin ona aid olduğunu təsdiqləyib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Rusiyanın RBK agentliyi özünün hüquq-mühafizə orqanlarındakı mənbələrinə əsasən xəbər yayıb. Mənbənin sözlərinə görə, terroristin yaxınları Piter morqlarından birində onu başından tanıyıb, lakin jurnalistlərin toplaşmaması üçün mətbuata açıqlama verilməyib. Bununla belə, genetik ekspertiza üçün Cəlilovun yaxınlarından bioloji material götürülüb.
Xatırladaq ki, bazar ertəsi Sankt-Peterburqda metroda terror aktı törədilib, nəticədə 14 nəfər həlak olub, 20-dən çox şəxs yaralanıb. Hadisəni Qırğızıstan doğumlu Akbarcon Cəlilovun törətdiyi bəlli olub.