Həştərxan vilayətinin Volqaboyu bölgəsində bazar ertəsi gecə saatlarında yol polisinə hücum edərək onlardan iki nəfərinin öldürülməsində şübhəli bilinən şəxslərdən biri olduğu güman edilən şəxs saxlanıb.
Baki-xeber.com bu barədə yerli mətbuata istinadən xəbər verir. Xəbərə görə, eyni zamanda həmin rayonda cinayətin törədilməsində istifadə olunan “QAZel” markalı avtomobil də aşkarlanıb. Lakin faktla bağlı hələlik rəsmi açıqlama yoxdur.
Xatırladaq ki, daha öncə Həştərxan valisi Aleksandr Jilkin polislərin ölümündə radikal vəhhabiçilərin əlinin olduğunu bildirmişdi.
Onu da xatırladaq ki, aprelin 4-nə keçən gecə Həştərxanın Lenin rayonunda naməlum şəxslər “QAZel” mikroavtobusundan polis maşınına odlu silahla atəş açıb, nəticədə iki polis həlak olub. Atəş açan şəxslər aradan çıxa bilib. İstintaq Komitəsinin regional idarəsindən həlak olan polislərin tabel silahlarının da götürüldüyü xəbər verilib.