Ötən gün Rusiyanın Sankt-Peterburq şəhərində metroda törədilən partlayış nəticəsində bir azərbaycanlının öldüyü barədə bildirilir.
Bu barədə APA "Life.ru" agentliyinə istinadən xəbər yayıb. Agentliyin bildirdiyinə görə, xəbər sosial şəbəkə istifadəçilərindən götürülüb. Ölən şəxsin 21 yaşlı Dilbarə Əliyeva olduğu bildirilir. Sosial şəbəkə istifadəçiləri yazır ki, o, ağır xəsarət aldıqdan sonra xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Bu gün səhər saatlarında isə daha bir həmyerlimizin hadisə nəticəsində dünyasını dəyişdiyi xəbər verilib. Xəbərə görə, bu, 1989-cu il təvəllüdlü Vəliyev Zaur Müşfiq oğludur. Onun terakt zamanı yaralanaraq İ.İ.Canelidze adına Elmi-Tədqiqat Cərrahiyə İnstitutuna yerləşdirildiyi, bu gün səhər saatlarında orada dünyasını dəyişdiyi xəbər verilir.
Allah rəhmət eləsin.