ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə Sankt-Peterburq metrosunda baş verən terror aktı ilə əlaqədar başsağlığı verib.
Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, telefon danışığı zamanı dövlət başçıları terrorizmlə birgə mübarizənin zəruri olduğu haqda ümumi fikir bildirib. ABŞ prezidentinin Vladimir Putinlə telefon danışığında Sankt-Peterburq metrosunda törədilən dəhşətli terror aktı nəticəsində həlak olanların qohumlarına və yaxınlarına dərin hüznlə başsağlığı verdiyini və Rusiya xalqına dəstək sözlərini çatdırmağı Rusiya prezidentindən xahiş etdiyini deyən Peskov əlavə edib ki, Putin göstərilən həmrəyliyə görə amerikalı həmkarına təşəkkür edib.