BMT katibliyi Qarabağ münaqişəsi üzrə real danışıqların yenilənməsi zərurətinə diqqət çəkərək, tərəfləri bunun üçün gərəkən siyasi iradə göstərməyə çağırıb.
Baki-xeber.co-un xəbərinə görə, sözügedən bəyanatla beynəlxalq təşkilatın Baş katibinin rəsmi köməkçisinin müavini Fərhan Haq çıxış edib. O deyib ki, BMT Katibliyi həmsədrlərin Bakı və İrəvana atəşkəsin pozulmasına gətirəcək istənilən addımdan çəkinməklə bağlı tövsiyəsini dəstəkləyir.