Aprelin 1-də Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Binə” ticarət mərkəzində yanğın baş verib.
Baki-xeber.com-un xəbərinə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin başvermə səbəbi araşdırılır.