Cümə axşamı günü, 05 noyabr 2026
     

Ollandın Moskva səfəri Putini məyus etdi

Image


Rusiya – Türkiyə əlaqələrinin gərginləşməsinin dünya mediasının gündəmində əsas yerlərdən birini tutduğu bir zamanda bu məsələnin Rusiyanın xeyrinə bitməyəcəyilə bağlı elə bu ölkənin öz mətbuatında müzakirələr və skeptik mülahizələr artmaqdadır. Bu gün belə bir yazı ilə gazeta.ru saytı çıxış edib.

Fransa prezidenti Fransua Ollandın Moskvaya səfərinin ardından yazılan yazıdan bu səfərin və Ollandın Putinlə görüşünün gözlənilən nəticələrə gətirmədiyi aşkar hiss olunur.  "Mənə deyin, bizim dostumuz kimdir” adlandırılan məqalədə deyilir ki, təyyarə olayı ilə NATO ölkəsi Türkiyə ilə gərginləşən münasibət çox ciddi bir sualı gündəmə gətirdi: bizim dostumuz kimdir və ümumiyyətlə belə bir ölkə varmı? Məsələ burasındadır ki, məqalə müəllifinin də qeyd etdiyi kimi, Rusiyanın düşmənləri getdikcə artır və bu fonda dünyada elə bir ölkə qalmayıb ki, Rusiya onunla ittifaqa girsin. Məqalədən bəlli olur ki, Rusiyada Ollandın son səfərinə böyük ümidlər bəslənib, lakin tam fərqli nəticə əldə olunub. Bu isə Antalya sammiti ərəfəsində Rusiyanın böyük siyasətə triumfal qayıdışı və anti-İŞİD koalisiyasına mümkün başçılığı ilə bağlı deyilənlərin sadəcə boşboğazlıqdan o yana getmədiyini təsdiqləyir.

Putinlə görüşdə Olland Suriya məsələsində fəaliyyətlərin Rusiya ilə uzlaşdırılması barədə danışıb. Lakin  görünən odur ki, bu uzlaşdırmanı yalnız Fransa həyata keçirəcək. ABŞ başda olmaqla 60 koalisiya üzvü dövlət isə kənarda qalacaq ki, bu da Rusiyanın bugünkü hesablamalarına qətiyyən cavab vermir. Üstəlik Ollandın "Suriyanın gələcəyində Əsədə yer yoxdur” deməsi bu yeganə ölkənin də "bütün qəlbi ilə” Rusiyanın yanında olmadığını göstərir, çünki Rusiya Əsəd barəsində tamamilə əks fikirdədir.

Nəhayət Fransa XİN başçısı Loran Fabius Ollandın Moskva səfərini şərh edərək deyib ki, iki prezidentin görüşündə tərəflər Rusiyaya qarşı sanksiyaların ləğvini müzakirə edib, lakin Fransanın mövqeyi dəyişməyib: ABŞ və Avropa Birliyinin düşündüyü kimi, Ukrayna ilə bağlı Minsk razılaşmasına tam əməl olunmayınca bu sanksiyalar qaldırılmamalıdır.  Bu yerdə müəllif Rusiya imperatoru III Aleksandrın tarixə düşmüş sözlərini iqtibas gətirir:”Bizim iki dosumuz var – rus ordusu və Rusiya dəniz qüvvələri”. Maraqlıdır ki, bu fraza deyilən zaman Rusiya İmperiyasının müttəfiqləri olub, bu gün üçün isə bunu demək mümkün deyil. Müəllif yazır ki, bu kontekstdə Moskvanın ümid bağladığı ölkə yoxdur, MDB ölkələri, hətta Avrasiya birliyi ölkələri Rusiyaya aşkar şübhə ilə baxır, Ukrayna ssenarisinin özünə tətbiq oluna biləcəyindən ehtiyatlanır. Maraqlıdır ki, bu gün qaynayan Yaxın Şərq ölkələri də Rusiya ilə müqayisədə Avropa ölkələrini özünə daha yaxın sayır. Bunun təsdiqini Avropa ölkələrinə miqrant axını da təsdiqləyir. Rusiyaya isə hələ bu regiondan bir nəfərin belə miqrasiya etməsi barədə məlumat verilməyib. Görünür, Rusiyanın Krımı ilhaqı, Ukraynaya aqressiyası, Baltikyanı ölkələrə barmaq silkələməsi ilə yanaşı, son illər ölkə daxilində il-ildən sərtləşdirdiyi miqrant siyasəti də bu istiqamətdə öz sözünü deyir.

Bu gün Rusiyaya az-çox simpatiya bəslədiyi deyilən Çinə gəldikdə isə, bu ölkə çox praqmatik qiymətləndirilir: o yalnız öz ticarətinə sərfəli mühit yaradan ölkələrlə dostluq edir. Rusiya ilə isə bu ölkənin mal dövriyyəsi ilin əvvəlindən enməyə doğru gedir. Ötən ilin may ayında bu ölkə ilə bağlanan 400 milyard dollar dəyərində 30 illik qaz müqaviləsinin taleyi də xeyli qaranlıq görünür. Çünki Çin tərəfi hələlik bu layihənin inşası üçün vəsait ayırmağa tələsmir, Rusiyanın isə buna sadəcə imkanı yoxdur və yaxın illərdə də konturları görünmür. Yazıda Hindistan, Kuba, Argentinanın da Rusiya ilə münasibətlərinə nəzər salınır və belə görünür ki, bu ölkələr də Rusiyanın "günahlarına” ortaq olmaq istəmir: Hindistan hamı ilə əməkdaşlıq edərək öz geopolitik oyununu oynayır, dost Kuba sanksiyaların qaldırılmasından sonra ABŞ-la yaxınlaşma kursu götürüb, Argentinada isə son 12 ildə ilk dəfə amerikayönlü müxalifət qalib gələrək hakimiyyət başına keçib. Üstəlik o, Çinin rusiya ilə yaxınlaşmasının qatı əleyhdarlarından olub. Beləliklə, Rusiyanın yanında yalnız İran KXDR qalır, onların isə vəziyyəti heç də ürəkaçan deyil. Sanksiya yükü altından yenicə çıxmış İranın ciddi maliyyə problemi var. Üstəlik bu ölkə ilə yaxınlaşma ayətullahlara aşkar antipatiya bəsləyən bütün ərəb dünyası ilə  münasibəti pisləşdirmək deməkdir. Eyni sözlər İsrail üçün də keçərlidir. Koreya Xalq Demokratik Respublikasına gəldikdə isə, dünyanın gözündə "yaramaz dövlət” sayılan bu ölkə ilə yaxınlaşma Rusiyanı yalnız lətifə qəhrəmanı edər. Beləliklə, bu gün güc nümayişilə gündəmdə olsa da, Rusiyanın əslində təkləndiyi faktdır.

Sonda Çörçilin məşhur "Siyasətdə daimi dostlar v düşmənlər yoxdur, siyasətdə daimi maraqlar var” frazasına diqqət çəkən müəllif XXI əsrdə izolə edilmiş vəziyyətdə qalan ölkəsinin heç bir halda belə bir daimi marağı olmadığını bildirir.

Görünən odur ki, Rusiyada artıq real vəziyyəti dərk edirlər. Ollandın dəstəyinə ümid bağlayan Putinin bu görüşdən məyus çıxması isə onun yürütdüyü sərt siyasətdə kəskin dönüş etməsinin qaçılmazlığını gündəmə gətirir. Putin buna gedəcəkmi?..

Samirə Səfərova



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ