Sol Kemalizm ünvanlı Facebook istifadəçisi Kemal Kılıçdaroğlu ilə Özgür Özelin şok telefon danişiğını yayımlayıb.
İki müxalifət liderinin telefon dialoqunda Kılıçdaroğlu Özeldən "İndi nə etmək lazımdır?"- deyə soruşur. Özgür Özelin cavabı birmənalıdır - "Qurultay keçirməliyik".
Kamal Kılıçdaroğlu, sanki tərəddüd edərək, "Deyirlər ki, edə bilməzsiniz" cavabını verir. Özgür Özel isə ona "Cənab, istəsəniz edə bilərsiniz"- deyir.
Kamal Kılıçdaroğlunun "Onda yaxşı, qoy həmkarlar oturub danışsınlar. Gəlin bunu ən münasib vaxtda edək"- sözünə isə Özgür Özel belə cavab verir: "Ən münasib vaxt ən qısa vaxtdır. Bu məsələni uzatmaq niyyəti hiss edirəm. Bu, böyük bir fəlakətə səbəb olacaq"…
Maraqlıdır…
RAMİL