İsrail ABŞ-İran sazişinin mətni ilə tanış olmaq istəyib, lakin onların bu tələbi Vaşinqton tərəfindən rədd edilib. Bu barədə CNN adı çəkilməyən bir İsrail mənbəsinəistinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, tələbin rədd edilməsinin bir səbəbi Tramp administrasiyasının İsrail Baş naziri Benyamin Netanyahunun sazişin rəsmi olaraq elan edilməzdən əvvəl onun məzmununu sızdıracağından qorxmasın olub.
Kanal 12 televiziyası isə bildirib ki, İsrail hələ də cümə günü İsveçrədə imzalanacağı elan edilən szişin təfərrüatlarından xəbərsizdir. İsrailin Baş naziri Netanyahu da dünən keçirilən mətbuat konfransında, razılaşmada nələrin olduğunu bilmədiklərini deyib.
Tahir TAĞIYEV