Romadakı Luçinadakı San Lorenzo Bazilikasının dəhlizlərindən birində bərpa işlərindən sonra mələklərdən birinin İtaliya Baş naziri Corco Meloninin bənzəri olduğu ortaya çıxıb.
Bazilika IV əsrdə qurulub; hazırkı bina XVII əsrdə tikilib. Bernini, Rainaldi, Bompiani və Reni kimi ustalar kafedraldakı freska və heykəllər üzərində işləyiblər. Ən son işə bərpaçı Bruno Valentinettinin nəzarəti altında baxılıb. Mediada yayılan məlumatlara görə, o, İtaliyadakı sağçı siyasi dairələrlə əlaqəlidir. Bəlkə də buna görə onun əsərlərinin ölkənin baş naziri və ifrat sağçı İtaliya Qardaşları partiyasının lideri Meloniyə bənzədiyi aşkar edilib.
Meloni özü İnstaqramda mələyin şəklini paylaşaraq, "Xeyr, mən qətiyyən mələyə oxşamıram", - deyə gülən emoji əlavə edib.
Valentin də ittihamları rədd edərək, sadəcə orijinal freskanı bərpa etdiyini iddia edib. Bazilikanın keşişi Daniele Miçeletti isə “müəyyən bir oxşarlıq olduğunu" etiraf edib.
SAMİRƏ