Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, onun diktator adlandırıldığı dövr çoxdan geridə qalıb.
"O vaxt keçib. Bəli, mən Avropa liderləri ilə, o cümlədən aparıcı liderlərlə görüşmürəm, amma onlarla ya nümayəndələri vasitəsilə, ya da birbaşa əlaqə saxlayıram, necə ki, bu yaxınlarda (Fransa prezidenti) Emmanuel Makronla olduğu kimi", - deyə o, "Al-Arabiya" televiziyasına verdiyi müsahibədə qeyd edib.
Lukaşenko əlavə edib ki, Avropa liderlərindən heç biri onu diktator adlandırmır, çünki bu, gülünc görünür. Belarus liderinin sözlərinə görə, o, diktator deyil, çünki öz iradəsini heç kimə qəbul etdirmək üçün resursları yoxdur.
Jurnalistlə söhbət zamanı Lukaşenko onu "Avropanın sonuncu diktatoru" ləqəbini qazanmış siyasətçi ilə müsahibə apardığına sevinməyə çağırıb.
Tahir TAĞIYEV