Etibarsızlıq qərarı ilə rəhbərliyi vəzifədən uzaqlaşdırılan CHP-də tarixi böhran getdikcə şiddətlənir. Partiya tarixində ilk dəfə olaraq seçilmiş sədr Özgür Özel və təyin olunmuş sədr Kılıçdaroğlu arasında qurultayın keçirilməsi yönündə dartışmalar təşkilatın üzvləri arasında da parçalanmaya yol açıb. Artıq üzvlər arasında partiyadan getmək meyllərinin olduğu barədə xəbərlər yayılır.
Bu arada, hazırda məhkəmə qərarı ilə Partiyanın başına gətirilməsi gözlənilən Kemal Kılıçdaroğlu maraqlı çağırışı ilə diqqətləri üzərinə çəkib. Kılıçdaroğlu partiyadakı tərəfdarlarına səslənərək, “heç bir təşkilata getməyin, partiyanın başına özüm keçəcəyəm” deyib. Kılıçdaroğlunun bu arxayın davranışı ictimaiyyətdə geniş marağa səbəb olub və suallar doğurub.
Qeyd edək ki, CHP-nin hazırkı başkanı Ğzgür Özel partiyanın qurultayının çağırılmasını və başkan seçiminin Nizamnaməyə uyğun keçirilməsini tələb edir, Kılıçdaroğlu isə buna qarşı çıxır.
Partiyadan ayrılmayacağını bildirən Özgür Özel deyib ki, qurultay keçirməmək "Partiyanın qəlbini sökmək" deməkdir.
“Biz anlaşa bilərik, lakin qurultayda anlaşa bilərik”- o deyib.
SAMİRƏ