G7 liderləri Fransadakı sammitdən sonra yayımlanan birgə bəyanatda Ukraynaya hərbi dəstəyi artırmaq barədə razılığa gəldiklərini açıqlayıblar.
Bəyanatda bildirilir ki, Kiyevə daha çox hava hücumundan müdafiə sistemləri, raketlər və uzaqmənzilli silahlar tədarük etməyi, eləcə də Ukraynanın müdafiə sənayesini genişləndirməsinə imkan yaratmaq üçün hərbi istehsal lisenziyalarının asanlaşdırılmasını nəzərdən keçirəcəklər.
Liderlər həmçinin Ukraynanın qarşıdan gələn qışı daha rahat keçirməsinə kömək etmək üçün əlavə maliyyə və texniki dəstək vermək barədə razılığa gəldilər.
Eyni bəyanatda G7 ölkələri Rusiyaya qarşı sanksiya təzyiqini artıracaqlarını da açıqlayıblar. Liderlər ABŞ prezidenti Donald Tramp tərəfindən dəstəklənən Hörmüz boğazı müqaviləsindən sonra qlobal enerji bazarlarında yaradılan şəraitin yeni sanksiyalar üçün əlverişli mühit yaratdığını iddia ediblər.
Planlaşdırılan yeni tədbirlərin xüsusilə Rusiya neft və təbii qaz sektorunu hədəf alacağı və Vaşinqtonun Rusiya neftinə verilən bəzi sanksiya güzəştlərini ləğv etməyi də nəzərdən keçirdiyi bildirilir.
Tahir TAĞIYEV