ABŞ və İran arasında cümə günü İsveçrədə keçiriləcək tarixi imza mərasiminin yeri təsdiqlənib. Tərəflər arasında 107 günlük sıx diplomatik təmasdan sonra əldə edilən saziş elektron şəkildə təsdiqlənərkən, üz-üzə imzalanma mərasiminin əvvəlcə rəsmi şəkildə elan edildiyi kimi Cenevrədə yox, Lütsern yaxınlığındakı Bürqenştok (Bürgenstock) bölgəsində baş tutacağı açıqlanıb.
Xarici media yazır ki, Ağ Ev daxilindəki sərt etirazlara və kəşfiyyat orqanlarının şübhələrinə baxmayaraq, hökumət 19 iyun cümə günü Bürqenştokda tarixi saziş imzalamaqda qərarlıdır.
Bürgenştokda rəsmi imzalanma mərasiminin başa çatması prosesin bitməsi demək olmayacaq, əksinə, tərəflər üçün daha çətin diplomatik təqvimi başladacaq. İmzalardan sonra ABŞ və İran başda Tehran administrasiyasının nüvə fəaliyyətlərinin məhdudlaşdırılması olmaqla, regionda davamlı tarazlığı müəyyən edəcək vacib məsələlər üzrə yekun qərara gəlmək üçün 60 günlük rəsmi danışıqlar prosesinə başlayacaqlar. Bu yeni proses müvəqqəti razılaşmanın daimi razılaşmaya çevrilib-çevrilməyəcəyini müəyyən edəcək.
Tahir TAĞIYEV