Ermənistan Baş Prokurorluğu Ermənistanın keçmiş prezidenti və müxalif "Ermənistan" blokunun lideri Robert Köçəryana qarşı cinayət işinin başlanmasına icazə verilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) ərizə təqdim edib.
Ermənistan mediasının yazdığına görə, eyni zamanda sözügedən blokdan parlamentə namizədlər Asatur Köçəryan və Ruslan Barseqyanın da toxunulmazlığının ləğv edilməsi istənilib.
Qeyd edəkki, bir neçə gün əvvəl Robert Köçəryan ölkəni tərk etməyə cəhd edib. Lakin onun ölkəni tərk etməsinə icazə verilməyib və o, Zvartnots hava limanından geri qaytarılıb.
Tahir TAĞIYEV