Paşinyanın ailəsinə məxsus Haykakan Jamanak qəzeti Robert Köçəryanın Zvartnots hava limanında sənəd yoxlanışından keçməsi anını əks etdirən görüntüləri yayıb. Görüntülər xüsusi nəzarət zonasında çəkildiyindən, bu, məxfilik rejimi və videomüşahidə görüntülərinin işlənməsi qaydaları ilə bağlı suallar doğurub. Parlamentdə Ermənistan blokunun deputatı Geqam Manukyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyana sorğu göndərərək, Baş nazir Nikol Paşinyanın ailəsinə bağlı qəzetin həmin görüntüləri necə əldə etməsi ilə bağlı izahat tələb edib.
Köçəryanın ofisi əvvəllər onun Ermənistan xaricinə üç günlük səfər planlaşdırdığını açıqlayıb. Ofisin məlumatına görə, şəxsi səfər əvvəlcədən planlaşdırılmışdı, lakin onun sıx seçki qrafiki səbəbindən dəfələrlə təxirə salınıb. Daha sonra məlum olub ki, ikinci prezidentin Zvartnots Hava Limanı vasitəsilə ölkəni tərk etməsinə icazə verilməyib.
SAMİRƏ