Müxalifətdəki "Ermənistan" blokunun lideri Robert Köçəryan son parlament seçkilərinin nəticələrinə etiraz etmək və müttəfiqləri ilə növbəti addımları müzakirə etmək planlarını açıqlayıb.
Səsvermənin “hakimiyyətin təzyiqi və inzibati resursların misli görünməmiş istifadəsi altında” baş tutduğunu bildirən Köçəryan seçki prosesi zamanı müxalifət üzvləri barəsində qanun pozuntuları və həbslər barədə də məlumat verib.
TASS-ın məlumatına görə, müxalifətdəki "Ermənistan" bloku ölkənin parlament seçkilərinin nəticələrinə etiraz etmək niyyətindədir. Keçmiş prezident Robert Köçəryan qeyd edib ki, hazırda digər siyasi qüvvələrlə məsləhətləşmələr aparılır.
"Seçkilərin nəticələrinə etiraz edəcəyik. Hazırda müxalifətdəki həmkarlarımızla növbəti addımlarımızı müzakirə edirik. Bu müzakirələr başa çatdıqdan sonra növbəti addımlarımıza yanaşmalarımızı təqdim edəcəyik", - blokun lideri bildirib.
SAMİRƏ