Fransanın Evian şəhərində keçirilən G7 Liderlər Zirvəsində diplomatik qalmaqal yaşanıb. Zirvəçərçivəsində Fransa Prezidenti Makron və Ukrayna Prezidenti Zelenski arasında ikitərəfli görüş zamanı mikrofon qəzası baş verib.
Sammitin keçirildiyi “Hotel Royal”ın bağçasında yan-yana gəzən iki liderin açıq qalan mikrofonları, onların ABŞ prezidenti Trampla bağlı danışıqlarını ortaya çıxarıb.
Sızdırılmış səs yazılarına görə, Makronun bir gün əvvəl Trampla keçirilən şəxsi görüşlərinə toxunaraq "Dünən Prezident Trampla görüş çox çətin keçdi" dediyi eşidilib.
Dialoqu davam etdirən Makron Zelenskidən Trampla ikitərəfli görüş planlaşdırıb-planlaşdırmadığını soruşub. Zelenski isə bazar günü telefon danışığı zamanı belə bir xahişlə müraciət etdiyini, lakin görüşün olub-olmayacağının hələ dəqiqləşmədiyini bildirib. Makron isı ona "Yaxşı, mən təşkil edərəm" deyərək məsələyə müdaxilə edəcəyini bildirib.
Səs yazılarında Makronun ukraynalı həmkarını G7 Zirvəsində daha uzun müddət qalmağa təşviq etdiyi də görünür. Zelenski isə Ukraynanın Avropa Birliyinə (AB) üzvlük üçün müraciət prosesləri səbəbindən Brüsseldə gözləndiyini bildirib. İki lider onlara tərəf yönlənmiş kameraları və mikrofonların açıq olduğunu hiss etdikdən sonra alçaq səslə bir-biri ilə pıçıldaşmağa başlayıblar.
Tahir TAĞIYEV